Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2022 09:45

Laçın rayonu ərazisində erməni təxribatı zamanı basdırılan növbəti minalar zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənməsi prosesi davam edir.
Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 19-da Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 100 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilib.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkar olunan minalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb.
Ərazidə mühəndis təminatı üzrə görülən işlər davam etdirilir.