Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

"Azərbaycan Ordusu" qəzeti № 78 (2689) 8 Oktyabr 2022 10:07

O, həm də təbiətin müdafiəçisidirBütün bölgələrdə olduğu kimi, Abşeron rayonu ərazisində də Anım günü ərəfəsində ağacəkmə tədbiri keçirildi.

Azərbaycanın HDQ komandanı italiyalı həmkarı ilə görüşüb 7 Oktyabr 2022 15:00

İtaliya Respublikasının Venesiya şəhərində keçirilən 13-cü Trans-Regional Dəniz Gücü Simpoziumunda iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov bu ölkənin Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendino ilə görüşüb.

Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib - VİDEO 7 Oktyabr 2022 12:53

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kəlbəcər və Daşkəsən rayonları ərazisində qarşı tərəfdən basdırılan növbəti minalar aşkar edilib.

Ölkəmizdə akkreditə olunan hərbi attaşelər Edilli kəndindəki kütləvi məzarlığa səfər edib 6 Oktyabr 2022 17:44

Oktyabrın 6-da Müdafiə Nazirliyinin təşkilatçılığı və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığa səfər ediblər.

Silah və hərbi texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir - VİDEO 6 Oktyabr 2022 12:30

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər həyata keçirilir.

Azərbaycan və Türkiyə HDQ xüsusi təyinatlıları birgə təlimə cəlb olunublar - VİDEO 6 Oktyabr 2022 10:11

2022-ci ilin planına əsasən Türkiyə Respublikasının Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələri birgə təlim keçir.

Ermənistan dezinformasiya yaymaqla təxribat əməllərini gizlətməyə çalışır 6 Oktyabr 2022 09:48

Azərbaycan Ordusu bölmələrinin minaatan və iriçaplı silahlardan istifadə etməklə Ermənistan silahlı qüvvələrinin mövqelərini guya atəşə tutması barədə oktyabrın 5-də yayılan məlumat qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Ordumuzun mövqeləri atəşə tutulub 5 Oktyabr 2022 21:15

Oktyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Qafur Məmmədov adına parkda qəhrəmanın 100 illiyi qeyd edilib - VİDEO 5 Oktyabr 2022 19:57

Müdafiə Nazirliyi təşkilatçılığı ilə Səbail rayonunda Qafur Məmmədovun adını daşıyan parkda dövrünün ən yüksək mükafatı olan “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülmüş həmyerlimiz Qafur Nəsir oğlu Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunan vətənpərvərlik tədbiri keçirilib.

Xüsusi təyinatlı təhsil müəssisələrində “Beynəlxalq Müəllimlər Günü” qeyd olunub 5 Oktyabr 2022 18:33

“Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə oktyabrın 5-də xüsusi təyinatlı təhsil müəssisələrində bayram tədbiri keçirilib.