“Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə oktyabrın 5-də xüsusi təyinatlı təhsil müəssisələrində bayram tədbiri keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə “Beynəlxalq Müəllimlər Günü”nün Ümummilli Lider Heydər Əliyevin Sərəncamına əsasən ölkəmizdə bayram kimi qeyd olunduğu bildirilib. Çıxış edənlər bayramın yaranma tarixindən danışıb, ölkəmizdə müəllimlərə xüsusi hörmət bəsləndiyini, eləcə də onların daima dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıblar. İstənilən cəmiyyətin formalaşmasında və layiqli vətəndaşın yetişməsində müəllimlərin əvəzsiz xidmətlərinin olduğu diqqətə çatdırılıb.
Sonra təhsilin inkişafında fərqlənən bir qrup professor-müəllim heyəti fəxri fərmanlarla təltif olunublar.
Sonda tədbir iştirakçılarına bədii kompozisiya təqdim edilib.