Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO 8 Noyabr 2022 16:08

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il hazırlıq planına uyğun olaraq noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edib - YENİLƏNİB 8 Noyabr 2022 14:30

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.

Zəfər Günü münasibətilə hərbi qulluqçuların yürüşləri təşkil olunub - VİDEO 8 Noyabr 2022 13:30

8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.

Müdafiə Nazirliyinin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib 8 Noyabr 2022 12:55

Zəfər Günü münasibətilə noyabrın 8-də Müdafiə Nazirliyin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Prezident İlham Əliyev Füzuli rayonunda Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB VİDEO 7 Noyabr 2022 16:43

Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində media-turlar təşkil olunub 7 Noyabr 2022 12:26

Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində Müdafiə Nazirliyi tərəfindən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün azad edilmiş ərazilərimizə media-turlar təşkil olunub.

Hərbi qulluqçuların maarifləndirilməsi üzrə tədbirlər davam etdirilir 7 Noyabr 2022 09:56

Müdafiə naziri general-polkovnik Zakir Həsənov təsdiq etdiyi 2022-ci ilin hazırlıq planına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri tərəfindən hərbi qulluqçularla hərbi vətənpərvərlik, liderlik və idarəetmənin əsasları mövzularında məşğələlər keçirilib.

Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub 7 Noyabr 2022 08:35

Noyabrın 6-sı saat 19:35-dən 21:50-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib - VİDEO 6 Noyabr 2022 17:59

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Zaur Nudirəliyev, Qərib Baxşəliyev, Vüqar Ağayev, Fərrux Həşimov, Zaur Ələsgərli, Asiman Əliyev, Əfqan Hüseynov və Ülvü Hüseynovun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.

Həftəlik icmal (30.10.2022 - 06.11.2022) - VİDEO 6 Noyabr 2022 16:17