AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyulun 12-si saat 09:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İsrail Dövlətinin müdafiə naziri cənab Yoav Qallant ölkəmizə rəsmi səfər edəcək.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyəti Tovuz döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti qardaş Türkiyə Respublikasına səfər edib.
İyulun 11-i saat 23:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
İyulun 11-i saat 19:00-dan 19:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
İyulun 11-i saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.
İyulun 11-i saat 10:05-dən saat 14:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
2023-cü il üçün hazırlıq planına uyğun olaraq, N hərbi hissəsində tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplanış keçirilib.Toplanışda zabitlərin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri təkmilləşdirilib, həmçinin fiziki hazırlığı qiymətləndirilib.
İyulun 10-u saat 17:10-dan saat 20:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Qafan rayonunun Gığı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Ordubad rayonunun Nürgüt yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.