Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyul 2023 12:05

Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyəti Tovuz döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Tovuz döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli qəhrəmanları general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, o cümlədən respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.
Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan edildikdən sonra hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.
Tədbirdə şəhidlərin ölməzliyindən danışılıb və onların xatirələrinin bundan sonra da əziz tutulacağı əminliklə qeyd edilib.
Sonda Müdafiə Nazirliyinin idarə rəisləri şəhid ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıblar. Ailələr isə öz növbələrində göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.