"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Naxçıvandakı vəziyyətlə bağlı Müdafiə Nazirliyinin rəsmi məlumatı 11 İyun 2014

Müdafiə Nazirliyi rəsmi olaraq bir daha bildirir ki, Naxçıvan Muxtar Respublikası ərazisində guya gedən hərbi əməliyyatlar haqqında yayılan məlumatlar yalandır və təxribat xarakteri daşıyır.

Bakıda müdafiə üzrə seminar keçiriləcək 11 İyun 2014

Azərbaycan-Bolqarıstan ikitərəfli əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrimizin hərbi qulluqçularının iştirakı ilə iyunun 12-i və 13-də Bakı şəhərində Kimyəvi, Bioloji, Radioaktiv və Nüvə silahlarından müdafiə üzrə seminar keçiriləcək.

Beynəlxalq Qırmızı Xaç Komitəsi Silahlı Qüvvələrin zabitləri üçün təlim kursu keçirir 10 İyun 2014

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müxtəlif kateqoriyadan olan zabit heyəti üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi tərəfindən Beynəlxalq Hümanitar Hüquq mövzusunda təlim kursu keçirilir.

Monitorinq baş tutdu 10 İyun 2014

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 10-da Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin məlumatı 9 İyun 2014

Bu gün bəzi kütləvi informasiya vasitələrində "Zakir Həsənov istefa ərizəsi yazıb" başlıqlı məlumatlar yayılıb.

Təmas xəttində monitorinq keçiriləcək 9 İyun 2014

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 10-da Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Planlaşdırma və Analiz Prosesi üzrə qiymətləndirmə görüşü keçiriləcək 9 İyun 2014

İyunun 10-da Brüssel şəhərində (Belçika) Azərbaycan Respublikası Silahlı Qüvvələri nümayəndələrinin də iştirakı ilə Planlaşdırma və Analiz Prosesi üzrə 28+1 formatında qiymətləndirmə görüşü keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 7 İyun 2014

Bu gün bəzi elektron kütləvi informasiya vasitələri anonim "yerli kənd sakinlərinə" və sosial şəbəkələrdəki istifadəçilərə istinadən guya Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasına hücum təşkil etməsi barədə məlumat yayıb.

Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı ilə bir sıra beynəlxalq tədbirlər keçiriləcək 7 İyun 2014

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iyun ayının 9-dan başlayaraq bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Xüsusi mühafizə bölüyünə qəbul elan edilir 4 İyun 2014

Müdafiə Nazirliyinin xüsusi mühafizə bölüyünə müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunda olan, yaşı 20-dən 30-dək, boyu 175 sm.