Müdafiə Nazirliyinin digər dövlət qurumları ilə birgə təsdiq edilmiş planlara əsasən keçirilən maarifləndirici tədbirlər davam edir.
Hərbi Hava Qüvvələrinin tabeliyindəki N hərbi hissəsində hərbi qulluqçular ilə seminar keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daxili İşlər Nazirliyi, rayon icra hakimiyyəti və prokurorluq nümayəndələri, həkim-mütəxəssislər, eləcə də hərbi qulluqçuların iştirak etdiyi seminarda Azərbaycanın dövlət siyasətinin vacib istiqamətlərindən biri olan, sağlam nəslin formalaşmasında həyata keçirilən tədbirlərdən, cəmiyyət arasında gənclərin zərərli vərdişlərə meyillilik hallarının qarşısının alınmasında görülən işlərdən danışılıb.
Həmçinin hərbi qulluqçularla maarifləndirici söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və lazımi tövsiyələr verilib.