Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin Tibb İdarəsində müşavirə keçirilib 19 İyun 2026 17:51

Müdafiə Nazirliyinin təşəbbüsü ilə Tibb İdarəsində hərbi, hüquq-mühafizə və digər müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.

Azərbaycan ilə Türkiyə hərbi logistika sahəsində əməkdaşlığı inkişaf etdirir 19 İyun 2026 16:09

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın Protokoluna əsasən, ölkələrimiz arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində tədbir keçirilib.

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros üzrə birincilik keçirilib 18 İyun 2026 18:02

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros üzrə birincilik keçirilib.

Baş Qərargah rəisi MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib 18 İyun 2026 17:11

Qazaxıstan Respublikasında işgüzar səfərdə olan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev iyunun 18-də Astana şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstan Respublikasına işgüzar səfər edib 18 İyun 2026 10:22

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında işgüzar səfərdədir.

"Azərbaycan Ordusu" qəzeti № 41 (3043) 17 İyun 2026 19:57

Milli qürurun və suverenliyin rəmziDövlətin varlığının, müstəqilliyinin və suverenliyinin ən başlıca təminatçısı onun güclü ordusudur...davamıSəfəvilər - Azərbaycan tarixində ən qüdrətli dövlətlərdən biriAzərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən biridir.

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər 16 İyun 2026 18:26

Tbilisi yaxınlığındakı Muxrovani hərbi bazasında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirakı ilə “Qafqaz Qartalı - 2026” birgə taktiki-xüsusi təliminin açılış mərasimi keçirilib.

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib - VİDEO 15 İyun 2026 20:50

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, Azərbaycan Ordusunda 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib 15 İyun 2026 16:42

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.

Azərbaycan Respublikası müdafiə nazirinin 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki 15 İyun 2026 15:40

Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!