Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyun 2026 17:11

Baş Qərargah rəisi MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

Qazaxıstan Respublikasında işgüzar səfərdə olan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev iyunun 18-də Astana şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib. 
İclasdan əvvəl nümayəndə heyətlərinin rəhbərləri “Vətən Müdafiəçiləri” abidəsini ziyarət edərək abidənin önünə əklil qoyub, qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
Komitənin növbəti iclasında MDB məkanında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, sülhün və təhlükəsizliyin təmin olunması, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
İclasda çıxış edən Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra Cənubi Qafqazda yaranan hərbi-siyasi vəziyyət və tarixi ədalətə əsaslanan yeni reallıq, habelə Avrasiya təhlükəsizliyi haqqında danışıb.