Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib - VİDEO 4 Sentyabr 2022 17:14

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarına ehtiram məqsədilə anım mərasimləri keçirilib.

Həftəlik icmal (28.08.2022 - 04.09.2022) - VİDEO 4 Sentyabr 2022 15:48

Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub 4 Sentyabr 2022 12:14

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib 3 Sentyabr 2022 16:55

Quru Qoşunlarının 2022-ci tədris ilinə hazırlıq planına əsasən hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib.

Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 3 Sentyabr 2022 16:23

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə qərara alıram:1.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 3 Sentyabr 2022 14:12

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 19 dəfə atəşə tutulub.

"Azərbaycan Ordusu" qəzeti № 68 (2679) 3 Sentyabr 2022 13:27

Səmanın fatehi könüllərin sakini olduHeç bilmirəm haqqında danışacağım igidi hansı adı ilə xatırlayım.

“TurAz Qartalı - 2022” təlimində iştirak edəcək Türkiyə hərbiçiləri və aviasiya vasitələri ölkəmizdədir 2 Sentyabr 2022 20:45

“TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəlib.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub 2 Sentyabr 2022 19:12

Sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub.

Laçında döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilib - VİDEO 2 Sentyabr 2022 15:01

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə döyüş növbətçiliyinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.