Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2023 15:17

Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə görüş keçirilib

Polşa Respublikasının Hərbi Texnologiyalar Universiteti və  Müharibə Tədqiqatları Universitetinin nümayəndə heyəti ölkəmizə səfər edib.
İkitərəfli əməkdaşlıq planına əsasən, Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə keçirilən görüşdə qonaqlara Azərbaycanda hərbi təhsil sistemi haqqında geniş brifinq təqdim olunub.
Görüşdə ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd olunub, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.