AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunda həyata keçirilən tədbirlər davam edir.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda Azərbaycan və Qazaxıstan respublikaları Hərbi Dəniz Qüvvələrinin “Xəzri-2023” birgə taktiki təliminin başa çatması münasibəti ilə hər iki ölkənin hərbi dənizçiləri üçün “Azərbaycan və Qazaxıstan xalqlarının dostluğu, qardaşlığı əbədidir” adlı vətənpərvərlik tədbiri keçirilib.
Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçularının iştirakı ilə Bakıda keçirilən “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi başa çatıb.
10 oktyabr Azərbaycan xalqının həyatında əlamətdar tarixdir1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi...davamı“Hər bir əsgər döyüş tapşırığının icrasına hazır olmalıdır”Şagirdlər müəllimlərin, əsgərlər isə komandirlərin sayəsində müfəssəl bilik və bacarıqlara yiyələnirlər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və digər vəzifəli şəxslər “Xəzri-2023” birgə taktiki təliminin növbəti mərhələsini izləyiblər.
Oktyabrın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və digər vəzifəli şəxslər “Xəzri-2023” birgə taktiki təlimi çərçivəsində keçirilən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak ediblər.
Oktyabrın 6-da Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Oktyabrın 5-i saat 14:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının, eləcə də müşahidəçi qismində İran İslam Respublikasının HDQ-nin nümayəndə heyətinin iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimində növbəti epizodlar üzrə fəaliyyətlər məşq etdirilir.
Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir.