AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Baxış-müsabiqəsində qış aylarında bölmələrin yüksək döyüş qabiliyyətində saxlanılması, eləcə də şəxsi heyətin soyuq iqlim şəraitində gecə və gündüz heç bir çətinlik çəkmədən xidmət aparması üçün istismarda olan arxa təminatı avtomobil texnikalarının sazlığı yoxlanılıb.
Tarixi Zəfər GünüXalqın müharibəsi, xalqın Zəfəri, xalqın qüruruİkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərin üçüncü ildönümündə Xankəndidə Hərbi Parad keçirildi.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Ermənistan ilə sərhəd Gədəbəy, Daşkəsən və Kəlbəcər istiqamətlərində yerləşən hərbi hissələrdə olublar.
Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2023-cü il üçün imzalanan birgə tədbirlər planına əsasən, Hərbi Dəniz Qüvvələrində komitənin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin tədbirlər planına əsasən Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələr, eləcə də xüsusi təyinatlı təhsil müəssisələri üzrə təqdim edilən qaliblər arasında ilin "Ən yaxşı psixoloq"u müsabiqəsi keçirilib.
“Dünyanın siyasi tarixində Heydər Əliyev kimi siyasətçilər olduqca nadir bir haldır”Mühüm rol oynayan Ulu Öndər Heydər Əliyev dünya miqyasında tanınan və qəbul olunan böyük tarixi şəxsiyyət, uzaqgörən siyasətçi idi və dünyəvi siyasətə Azərbaycan naminə təsir göstərə bilirdi...davamı Yaşatmağı bacarmaq qüdrətiAzərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət sayəsində Azərbaycanda hərbi təbabətin beynəlxalq standartlar səviyyəsində təşkilinin də əsası qoyuldu...davamı Mərmilər qələbəyə yol açırYaydan o qədər də fərqlənməyən payızdı.
“Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən tabelikdə olan birləşmə və hissələrlə ərazidə və Simulyasiya Mərkəzində kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib.
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və təhqiqatçıları, həmçinin Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanış keçirilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən “İntellekt” adlı bilik yarışması keçirilib.