AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən dekabrın 12-də Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Ordu, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib.
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin hazırladığı “Sağlam gənclik-sağlam gələcək” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində “Hərbi kollektivdə münasibətlərin və fəaliyyətin psixologiyası, gənc əsgərlərin hərbi xidmətə sosial-psixoloji adaptasiyası” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç dekabrın 10-da hərbi texnika və avadanlıqlara baxıblar.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Şəhid Ailələri və Qadınlarla İş şöbəsinin nümayəndələri tərəfindən bir neçə hərbi hissədə seminarlar keçirilib.
Örnək qəhrəmanlarımızı tanıyaqVətən müharibəsi tariximizin şanlı səhifəsidir.
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində qoşun növü, birlik, birləşmə, hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ideoloji iş və mənəvi-psixoloji təminat (İİ və MPT) üzrə şöbə və bölmə (aidiyyəti kafedra və silsilə) rəisləri, hərbi hissələrin qərargah rəislərinin İİ və MPT üzrə köməkçiləri və psixoloqları ilə keçirilən təlim-metodiki toplantı başa çatıb.