AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi üzrə sınaq imtahanları keçirilir.
2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə təlim-metodiki toplantı keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda komandir heyəti ilə toplanış keçirilir.
Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2024-cü il üçün birgə tədbirlər planı imzalanıb.
2024-cü ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.
Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələrdə müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçuların tərxis edilməsi ilə bağlı tədbirlər davam etdirilir.
Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi hissələrində müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçuların tərxis edilməsi ilə bağlı tədbirlər keçirilir.