Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Yanvar 2024 18:38

Şəhid hərbi pilot Rəşad Atakişiyevin məzarı ziyarət edilib - VİDEO

Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.
Hərbi Hava Qüvvələrinin bir qrup hərbi qulluqçusu İkinci Şəhidlər xiyabanını ziyarət edərək şəhid hərbi pilotun məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Anım mərasimində polkovnik-leytenant R.Atakişiyevin şərəfli döyüş yolundan söhbət açılıb, Vətənə olan sədaqətindən, xidmət müddəti ərzində nümayiş etdirdiyi yüksək peşəkarlığından danışılıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.