Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEO 28 Mart 2024 10:05

Heydər Əliyev adına Hərbi İnstitutun 2023-2024-cü illər üçün tədris planı və proqramına uyğun olaraq, "Hərbi Dəniz Qüvvələri" fakültəsinin kursantları ilə praktiki məşğələlər keçirilib.

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir - VİDEO 27 Mart 2024 10:00

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

Qarabağ bölgəsində ermənilərə məxsus növbəti dayaq məntəqəsi aşkar edilib - VİDEO 26 Mart 2024 14:19

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda əraziyə baxış zamanı Ermənistan silahlı qüvvələrinə məxsus növbəti tərk edilmiş dayaq məntəqəsi aşkar edilib.

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır - VİDEO 26 Mart 2024 13:17

Müdafiə Nazirliyinin hərbi hissələrinə psixoloq ixtisası üzrə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 30 yaşınadək olan vətəndaşlar martın 27-dən aprelin 20-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Həftəlik icmal (17.03.2024 - 24.03.2024) - VİDEO 24 Mart 2024 11:57

Azərbaycan Ordusunda növbəti ağacəkmə aksiyaları keçirilib 23 Mart 2024 15:33

Ölkəmizdə cari ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunda keçirilən tədbirlər davam etdirilir.Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən müxtəlif bölgələrdə yerləşən hərbi hissələrin ərazilərində növbəti ağacəkmə aksiyaları keçirilib.

Azərbaycan hərbçiləri Pakistan Günü münasibətilə keçirilən hərbi paradda iştirak ediblər - VİDEO 23 Mart 2024 13:09

Martın 23-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində Pakistan Günü münasibətilə hərbi parad keçirilib.

Hərbi qulluqçuların maarifləndirilməsi üzrə keçirilən tədbirlər davam etdirilir 22 Mart 2024 14:42

Hərbi qulluqçuların maarifləndirilməsi üzrə müdafiə nazirinin təsdiq etdiyi cari il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda keçirilən məşğələlər davam etdirilir.

Milli Müdafiə Universitetinin hərbi kolleclərində orta ixtisas təhsili pilləsinə 2024/2025-ci tədris ili üçün qəbul elan olunur - VİDEO 21 Mart 2024 13:31

I.

Azərbaycan Ordusunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib - VİDEO 20 Mart 2024 17:59

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib.