AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) hərbi qulluqçular arasında sərbəst güləş birinciliyi keçirilib.
Aprelin 6-sı saat 18:30-dan 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək, Basarkeçər və Gorus rayonlarının Cil, Günəşli və Xoznavar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonlarının Əyrivəng, Cəmilli və Hacılar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini ümumilikdə 16 dəfə olmaqla, müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Özbəkistan Respublikası Sılahlı Qüvvələrinin Hərbi Akademiyasında böyük sərkərdə və dövlət xadimi Əmir Teymurun irsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib2024-cü ilin 4 aprel tarixində Özbəkistan Respublikası Sılahlı Qüvvələrinin Hərbi Akademiyasında onlayn (VTC) formatında böyük sərkərdə və dövlət xadimi Əmir Teymurun irsinə həsr olunmuş “Военное искусство Амир Темура:
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, eləcə də idarənin tabeliyində olan bir qrup məktəb direktorları Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyini ziyarət ediblər.
Aprelin 5-i saat 21:55-dən 23:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Aprelin 5-i saat 15:10-dan 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribatlarına zəmin yaratmaq məqsədilə Azərbaycan Ordusunun Tovuz rayonunun Hacalı, Ağbulaq, Ağdam, Qaralar, Köhnə Qışlaq və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətlərindəki mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən təkmilləşdirilməsi işlərini görməyə cəhd göstəriblər.
Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti komanda-qərargah təlimi keçirilib.
Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisindəki qəbiristanlıqda minalanmış sahə aşkar olunub.