Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Aprel 2024 11:31

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə görüş keçirilib

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, eləcə də idarənin tabeliyində olan bir qrup məktəb direktorları Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyini ziyarət ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin liseyin ərazisindəki abidələri ziyarət olunub.
Qonaqlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında hərbi liseydə aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib.
Sonda qonaqlar hərbi liseydə yaradılmış şəraitlə tanış olublar.