Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - VİDEO 15 İyun 2024 17:59

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.

Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir 15 İyun 2024 13:22

Çin Xalq Azadlıq Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Hərbi Qənimətlər Parkına mediatur təşkil edilib 15 İyun 2024 11:58

15 İyun - Milli Qurtuluş Günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına mediatur təşkil edilib.

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz növbəti dəfə atəşə tutulub 14 İyun 2024 19:56

İyunun 14-ü saat 13:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Böyük Vedi rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Respublikası müdafiə nazirinin Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki 14 İyun 2024 19:19

Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzinə çevrilən müqəddəs Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığı özündə yaşatmaqla, humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə təcəssüm etdirir.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 52-ci buraxılış mərasimi keçirilib - VİDEO 14 İyun 2024 18:34

İyunun 14-də Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantlarının 2024-cü il üzrə buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Baş Qərargah rəisi mühəndis bölmələrinin taktiki-xüsusi təlimini izləyib - VİDEO 14 İyun 2024 17:55

İyunun 14-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev mühəndis bölmələri ilə keçirilən taktiki-xüsusi təlimi izləyib.

Bakıda Azərbaycan və Serbiyanın müdafiə nazirləri arasında görüş keçirilib - VİDEO 14 İyun 2024 17:10

İyunun 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Serbiya Respublikasının müdafiə naziri cənab Bratislav Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Azərbaycanın müdafiə naziri Çinin hərbi nümayəndə heyəti ilə görüşüb - VİDEO 14 İyun 2024 13:10

İyunun 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Çin Xalq Azadlıq Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini general-mayor Yao Qinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub 14 İyun 2024 09:01

İyunun 14-ü saat 07:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.