Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyun 2024 13:22

Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Çin Xalq Azadlıq Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
Səfər çərçivəsində Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Çinin hərbi nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan Ordusu və Çin Xalq Azadlıq Ordusunun nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.
Görüşdə, həmçinin hərbi təhsil sahəsində birgə tədbirlərin planlaşdırılması istiqamətində görüləcək işlərə dair ətraflı fikir mübadiləsi aparılıb.