AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Vətən sevgisi - yüksək döyüş hazırlığıDoğulub boya-başa çatdığın, suyunu içib, neməti ilə qidalandığın, acısına kədərlənib, sevincinə qürurlandığın yurddur Vətən...davamı “Biz də öyrənə-öyrənə güclənirik!”Payız yeli ağacların budağını daraqlayır...davamı Bəşəri qürurÇox nəcib, məsuliyyətli peşə olan həkim peşəsinin sahibləri məxsusi xarakterə, səbrə, diqqətliliyə, sakitliyə, ən əsası xeyirxahlıq kimi insani xüsusiyyətlərə malik olurlar...davamı “Hərbçi həyatı yaşamaq çox şərəflidir”Azərbaycan Ordusunun sıralarında xidmət edən hər bir zabit döyüş və mənəvi-psixoloji hazırlıqlarını daim artırır, arsenalımıza daxil olan dünyanın ən müasir texnikalarının idarə edilməsi istiqamətində və təlimlərdə yüksək peşəkarlıq nümunələri göstərir...davamı Rəşadəti, igidliyi ilə şəhadətə yüksəldiVətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanların xatirəsi onların layiqli davamçıları olan Vətən müdafiəçiləri tərəfindən həmişə böyük ehtiramla yad olunur, xatirələri əziz tutulur...davamı Cəsur döyüşçü, sadiq dostƏsaya söykənərək hərəkət fəaliyyətini tənzimləyən, sinəsində bərq vuran medallarla döyüşlərdə yaralanan bir hərbçi televiziyanın həyətinə daxil oldu...davamı “Əsgərə məktub” layihəsi uğurla davam edirMüdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, ordu ilə cəmiyyət arasında əlaqələrin daha da möhkəmləndirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi və asudə vaxtının səmərəli təşkil olunması məqsədilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən mütəmadi olaraq mədəni-kütləvi tədbirlər keçirilir...davamı "Azərbaycan Ordusu" qəzetinin tam variantı
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” (SWIRMO) başa çatıb.
Oktyabrın 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib.
2024-cü ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub.
"Azərbaycan Respublikasının müdafiə naziri ilə İtaliya Respublikasının müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu"na əsasən, 2023-2024-cü tədris ilində Heydər Əliyev adına Hərbi İnstitutu fərqlənmə ilə bitirmiş və hazırda Hərbi Dəniz Qüvvələrində xidmət edən leytenant Pərvin Əhmədova "Tələbələrin şərəf qılıncı" xatirə hədiyyəsi və sertifikat təqdim edilib.
Azərbaycan və Belarus respublikalarının Müdafiə nazirlikləri arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Belarus Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər edib.
Tacikistan Respublikası Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinin rəisi general-mayor Hafiz Cabor Əzizzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
İtaliyanın Venesiya şəhərində 14-cü Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib.
Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində "Çin dili" kursunun açılış mərasimi keçirilib.