"Azərbaycan Respublikasının müdafiə naziri ilə İtaliya Respublikasının müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu"na əsasən, 2023-2024-cü tədris ilində Heydər Əliyev adına Hərbi İnstitutu fərqlənmə ilə bitirmiş və hazırda Hərbi Dəniz Qüvvələrində xidmət edən leytenant Pərvin Əhmədova "Tələbələrin şərəf qılıncı" xatirə hədiyyəsi və sertifikat təqdim edilib.
Hərbi Dəniz Qüvvələrinin qərargahında keçirilən tədbirdə 1-ci dərəcəli kapitan Teymur Mürşüdov İtaliya Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi 1-ci dərəcəli kapitan Cianfranko Vizzini ilə görüşüb.
Görüşdə hər iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, maraq doğuran məsələlər müzakirə olunub.
1-ci dərəcəli kapitan C.Vizzini "Tələbələrin şərəf qılıncı" xatirə hədiyyəsini və sertifikatı leytenant P.Əhmədova təqdim edib.