AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 15-də saat 12:00-dan 12:15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;-saat 18:30-dan 18:40-dək Göy-göl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- iyunun 16-da saat 01:20-dən 01:55-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 14-də saat 22:15-dən 22:20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 12-də saat 09:10-dan 09:15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
İyunun 10-11-də Milli Məclisin deputatları və Qeyri Hökumət Təşkilatlarının (QHT) rəhbərlərindən ibarət bir qrup cəbhə bölgəsinə səfər edib.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 11-də saat 23:35-dən 23:50-dək Cəbrayıl rayonunun Mehdili və Cocuq Mərcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;-iyunun 12-də saat 02:10-dan 02:40-dək, 04:45-dən 04:50-dək Ağdam rayonunun Şurabad və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat ve pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 10-da saat 20:05-dən 20:10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 20:15-dən 22:20-dək, 23:40-dan 23:50-dək və iyunun 11-də saat 03:15-dən 03:40-dək Ağdam rayonunun Yusifcanlı, Mərzili və Tanrıbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 9-da saat 14:50-dən 15:05-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev iyunun 11-də Bürüsseldə keçirilən Avro-Atlantik Tərəfdaşlıq Şurası çərçivəsində müdafiə nazirlərinin, bir gün sonra isə NATO və Əfqanıstandakı əməliyyatlara töhfə verən tərəfdaş ölkələrin müdafıə nazirlərinin görüşündə iştirak etmək üçün bu gün Belçikaya yola düşəcək.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 9-da saat 06:10-dan 06:15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 10-da Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.