Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 2 İyul 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 1-də saat 18:10-dan 18:40-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 22:00-dan 22:15-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 1 İyul 2009 00:03

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdəşlıq” proqramı çərçivəsində:- Bakı şəhərində əməliyyat İmkanları Konsepsiyası çərçivəsində 2-ci səviyyəli özünüqiymətləndirmə təlimi üzrə Koordinasiya görüşü (06 -10 iyul);- Brüssel şəhərində (Belçika) FTƏP çərçivəsində Şimali Atlantika Şurasının 28+1 formatında görüşü (15 iyul) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 1 İyul 2009 00:02

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Bakı şəhərində Strateji Müdafiə İcmalının aparılması və yekun sənədin hazırlanması prosesinə dəstək mövzusunda işçi görüşü (06-10 iyul); Dəniz limanlarında Kütləvi Qırğın Silahlarının yayılmasına qarşı mübarizə kursu (13-17 iyul); ABŞ Mobil Təlim Qrupu tərəfındən dənizdə xüsusi təyinatlı əməliyyatların planlaşdırılması və idarə olunması üzrə təlim kursunun 2-ci hissəsi (26-31 iyul); Oklohoma şəhərində Birgə döyüş hazırlığı üzrə təlim kursu (14-22 iyul); Vaşinqton şəhərində Azərbaycan-ABŞ məsləhətləşmələri (29-30 iyul);Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, İstanbul şəhərində Açıq Dəniz Təlimi-3 (13 iyul-10 avqust); Xarici hərbi heyət üçün tabur komandirliyi kursu (13-24iyul); Gölcük, Kocaeli şəhərlərində Kütləvi Qırğın Silahlarından mühafizə üzrə təlimatçılar kursu (20-31 iyul); Altınova, Yalova şəhərlərində Gəmi təhlükəsizliyi zabiti kursu (20-24 iyul);Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Münhen şəhərində “Çoxmillətli əməliyyatlar üzrə tibbi kadrların effektiv hazırlanması” mövzusunda 3-cü beynəlxalq təlim seminarı (06-10 iyul); Sonthofen şəhərində (AFR) Baş zabitlər üçün Almaniyanın KQS-dan Müdafiə siyasəti ilə tanışlıq kursu (14-24 iyul);Azərbaycan Respublikası ilə Pakistan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Çerat şəhərində Təkmilləşdirilmiş Komanda kursu (06 iyul 2009-07 fevral 2010); Risalpur şəhərində Gənc mühəndis zabitləri kursu (06 iyul-26 dekabr); Kvetta şəhərində Gənc Quru Qoşunları zabitləri kursu (06 iyul-29 avqust); Ümumqoşun taktikası kursu (31 avqust-28 noyabr); Pişəvər şəhərində Tamal hava-desant kursu (06 iyul-01 avqust); İslamabad şəhərində Azərbaycan Respublikası Müdafıə Nazirliyinin Ekspert Qrupunun Pakistan İslam Respublikasının Hərbi Təhsil müəssisələrinə tanışlıq səfəri (25-28 iyul) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 1 İyul 2009 00:01

Nicniy Taqil şəhərində (Rusiya Federasiyası) "Nijniy Taqil 2009” beynəlxalq müdafıə sərgisi (08-11 iyul) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 1 İyul 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 30-da saat 10:05-dən 10:25-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 30 İyun 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 29-da saat 15:15-dən 15:20-dək və 18:50-dən 19:02-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 29 İyun 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 28-də saat 19:30-dan 19:40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 27 İyun 2009 00:02

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 30-da Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 27 İyun 2009 00:01

2009-cu il iyun ayının 15-dən 25-dək Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələri ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək məqsədi ilə müxtəlif güc strukturlarının birgə fəaliyyətinin planlaşdırılması və təşkili.

Müdafiə Nazirliyinin məlumatı 27 İyun 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 26-da saat 08:40-dan 08:45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyotlardan atəşə tutublar.