AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 20-də saat 06:45-dən 06:58-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 14:30-dan 14:45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 21:05-dən 21:40-dək, 22:10-dan 22:35-dək, oktyabrın 21-də saat 01:10-dan 01:48-dək və 01:50-dən 02:00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli, Qorqan və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 22-də Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
“SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏDİGƏR TƏDBİRLƏRİNSİYAHISI20-31 Oktyabr, 2009-cu ilAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən24.10-22.112009 AAHDM məzunlarının donanma stajı İstanbul, Türkiyə.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 19-da saat 10:40-dan 10:50-dək və 11:30-dan 11:40-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar və Azatamurt kəndləri yaxınlığında yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Cəfərli kəndlərindəki mövqelərimizi; - saat 11:30-dan 11:40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndindəki mövqelərimizi;- saat 15:20-dən 15:55-dək Goranboy rayonun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 14:50-dən 15:20-dək, oktyabrın 20-də saat 00:00-dan 00:20-dək, 03:30-dan 03:55-dək Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 21:50-dən 22:00-dək və oktyabrın 20-də 00:10-dan 00:25-dək Ağdam rayonunun Şıxlar və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 03:50-dən 04:10-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 18-də saat 15:20-dən 15:40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;-saat 18:50-dən 19:15-dək və oktyabrın 19-da saat 00:05-dən 00:20-dək Füzuli rayonunun Horadiz və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 16-da saat 11:25-dən 11:45-dək, 20:20-dən 20:55-dək fasilələrlə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 15-də saat 22:00-dan 22:25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 14-də saat 18:10-dan 18:15-dək, 19:35-dən 20:00-dək və 22:45-dən 22:50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 13-də saat 21:00-dan 21:30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 21:50-dən 22:10-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 12-də saat 17:55-dən 18:10-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 21:00-dan 21:30-dək, oktyabrın 13-də saat 01:45-dən 02:05-dək və 06:05-dən 06:10-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.