Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Oktyabr 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 19-da saat 10:40-dan 10:50-dək və 11:30-dan 11:40-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar və Azatamurt kəndləri yaxınlığında yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Cəfərli kəndlərindəki mövqelərimizi;   
- saat 11:30-dan 11:40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndindəki mövqelərimizi;
- saat 15:20-dən 15:55-dək Goranboy rayonun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;   
- saat 14:50-dən 15:20-dək, oktyabrın 20-də saat 00:00-dan 00:20-dək, 03:30-dan 03:55-dək Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 21:50-dən 22:00-dək və oktyabrın 20-də 00:10-dan 00:25-dək Ağdam rayonunun Şıxlar və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
-  saat 03:50-dən 04:10-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.  
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.