Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 6 Sentyabr 2003 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 8-dən 11-dək Brunsum şəhərində (Niderland Krallığı) “Allied Action-03” təliminin Yekun Planlaşdırma Konfransı, sentyabrın 8-dən 12-dək Komornı Hradek şəhərində (Çexiya) “Mülki-hərbi əməkdaşlıq üzrə NATO-nun regional əməliyyat kursu”, sentyabrın 8-dən 19-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Avropada adi silahlara birgə nəzarət” üzrə müfəttiş/müşayiətçi kursu və Saloniki şəhərində (Yunanıstan) “Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatları” kursu keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 3 Sentyabr 2003 00:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Müdafiə naziri cənab Serqey İvanovun dəvətilə, “MDB iştirakçı dövlətlərinin Birləşmiş Hava Hücumundan Müdafiə Sistemi” çərçivəsində keçirilən “Döyüş Birliyi-2003” təlimlərində müşahidəçi kimi iştirak etmək üçün sentyabrın 3-də Həştərxan şəhərinə yola düşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 1 Sentyabr 2003 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 2-dən 4-dək Sofya şəhərində (Bolqarıstan) “Silah və avadanlığın modernləşdirilməsinin texniki plan və proqramları üzrə məlumat mübadiləsi” mövzusunda işçi görüşü, sentyabrın 3-dən 5-dək isə Brüssel şəhərində (Belçika Krallığı) “SNT çərçivəsində “məlumatın yayılması və mübadiləsi sistemi (PRİME)” üzrə təlim kursu və Berlin şəhərində (Almaniya Federativ Respublikası) “Combined Endeavor-2004” təliminin Konsepsiya Planlaşdırma Konfransı keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 29 Avqust 2003 00:00

Avqustun 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Konqresinin Silahlı Qüvvələr Komitəsi sədrinin müavini cənab Kurt Veldonun rəhbərlik etdiyi konqresmenlər qrupunu qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 28 Avqust 2003 00:00

Avqustun 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Strateji və Siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi cənab Vladimir Sokoru qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 27 Avqust 2003 00:00

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 28-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi sahəsində, təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 20 Avqust 2003 00:00

Məlum olduğu kimi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılmışdı.

Müdafiə Nazirliyinin məlumatı 18 Avqust 2003 00:00

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 14 Avqust 2003 00:00

Avqustun 11-dən 20-dək Bakı şəhərində neft və qaz platformalarının mühafizəsi üzrə “GOPLAT” birgə Azərbaycan-ABŞ dəniz treninqi keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 11 Avqust 2003 00:00

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 12-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Xanlar rayonunun Ömər kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.