Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Yanvar 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahli qüvvələrinin bölmələri yanvarın 8-də saat 12:00-dan 12:10-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Mərzili kəndi ərazisindəki mövqelərimizi;
- saat 13:30-dan 13:40-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 19:20-dan 19:50-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
 Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
  İtki yoxdur.