AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hərbi çağırışa cəlb olunan vətəndaşların valideynləri və yaxınları övladlarının hansı hərbi hissədə xidmət edəcəyini əvvəlcədən öyrənmək üçün sentyabrın 25-dən etibarən Müdafiə Nazirliyində yaradılan “qaynar xəttin” aşağıdakı telefon nömrələrinə zəng edə bilərlər.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 22-də saat 23:00-dan 23:20-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Horadiz və sentyabrın 23-də saat 04:30-dan 04:50-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 20-də saat 07:55-dən 08:15-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndindəki mövqelərimizi;- saat 06:45-dən 07:00-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 20:20-dən 20:30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- sentyabrın 21-də saat 06:25-dən 06:35-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 18-də saat 17:48-dən 18:00-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;-saat 18:20-dən 18:40-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;-saat 19:15-dən 19:20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;-saat 20:15-dən 20:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Sentyabrın 21-24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovun dəvəti ilə Moskvaya işçi səfərinə yola düşəcəkdir.
Sentyabrın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İsrailin Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon-Lotemi və səlahiyyət müddətini başa vurmuş Koreyanın ölkəmizdəki səfiri Lyu Kvanq Çulu qəbul edib.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 17-də saat 06:40-dan 07:00-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 23:00-dan 23:15-dək və sentyabrın 18-də saat 05:30-dan 05:45-dək Ağdam rayonunun Sarıcalı və Şurabad kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 16-da saat 12:15-dən 12:20-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamurt kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndi ərazisində yerləşən mövqelərimizi;-saat 12:10-dan 12:20-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;-saat 19:15-dən 20:00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 15-də saat 21:10-dan 21:15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 14-də saat 14:20-dən 14:40-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 18:25-dən 18:50-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 22:40-dan 23:00-dək və avqustun 15-də saat 05:45-dən 06:05-dək Ağdam rayonunun Mərzili və Tağıbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 01:20-dən 01:35-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 01:45-dən 02:20-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.