AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bu gün saat 17:00 radələrində Şəmkir rayonu ərazisində planlaşdırılmış təlim uçuşu zamanı SU-25 hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin pilotu Famil Elman oğlu Məmmədli qəza nəticəsində həlak olub. Hadisənin səbəbini Müdafiə Nazirliyi və Hərbi Prokurorluq tərəfindən yaradılmış birgə komissiya araşdırır.