Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 17 Aprel 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 16-da saat 12:15-dən 12:25-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 16:10-dan 16:35-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;- aprelin 17-də saat 01:05-dən 01:15-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 03:45-dən 04:00-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 16 Aprel 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 15-də saat 19:10-dan 19:25-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 15 Aprel 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 14-də saat 08:10-dan 08:20-dək və 15:00-dan 15:05-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;- saat 09:25-dən 09:42-dək və 13:20-dən 13:40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;- aprelin 15-də saat 01:20-dən 01:40-dək Tərtər rayonunu Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 14 Aprel 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 13-də saat 11:25-dən 11:40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Məzəmli kəndlərində yerləşən mövqelərimizi;- saat 15:30-dan 15:40-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimizi;- saat 14:10-dan 14:25-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22:35-dən 22:50-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 13 Aprel 2010 00:01

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB müdafiə nazirləri şurasının iclasında iştirak etmək üçün Moskvaya yola düşüb.

Müdafiə Nazirliyinin məlumatı 13 Aprel 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 12-də saat 16:00-dan 16:05-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 15:45-dən 16:05-dək və 16:25-dən 16:35-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22:15-dən 22:40-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22:35-dən 22:45-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, aprelin 13-də saat 00:05-dən 00:15-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 12 Aprel 2010 00:02

Aprelin 12-də Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev NATO Parlament Assambleyası Siyasi Komitəsinin NATO Tərəfdaşlığı üzrə Alt Komitəsinin sədri Rayner Stinnerin rəhbərliyi ilə ölkəmizə gəlmiş nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin məlumatı 12 Aprel 2010 00:01

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 13-də Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolu yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 12 Aprel 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 11-də saat 16:30-dan 16:35-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;- saat 20:20-dən 20:25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;- saat 12:30-dan 12:40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16:50-dən 17:15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 10 Aprel 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 9-da saat 16:15-dən 16:30-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərindən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.