AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Son illərdə Müdafiə Nazirliyinin hərbi şəhərciklərində yerinə yetirilmiş tikinti, yenidənqurma, təmir və abadlıq işləri şəxsi heyətin mənzil-məişət və yaşayış şəraitini yaxşılaşdırmaqla yanaşı, onun döyüş hazırlığı səviyyəsini də yüksəltmişdir.
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 4-də saat 20:25-dən 20:40-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərimizi, saat 18:10-dan 18:15-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21:40-dan 22:30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 3-də saat 14:20-dən 14:25-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqelərimizi, saat 23:15-dən 23:20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23:50-dən 23:55-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 2-də saat 13:20-dən 13:40-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19:30-dan 19:35-dək və martın 3-də 05:00-dan 05:15-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Vazaşen kəndlərindən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Martın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-nın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib.
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 1-də saat 18:30-dan 18:45-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən, martın 2-də saat 00:10-dan 00:15-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Qorqan kəndləri yaxınlığında yərləşən mövqelərdən, saat 01:25-dən 01:35-dək və 05:50-dən 06:35-dək Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Martın 2-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Sloveniya Respublikasının müdafiə naziri xanım Lyubitsa Yelusiçinin Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 28-də saat 19:20-dən 19:35-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 18:30-dan 18:40-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20:10-dan 20:20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23:20-dən 23:35-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Alxanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, martın 1-də saat 07:10-dan 07:20-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Martın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Macarıstan və Gürcüstan respublikalarının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Jolt Çutoranı və Teymuraz Şaraşenidzeni qəbul edib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 1-də Azərbaycan Respublikasının Qazax rayonunun Bala Cəfərli kəndi ilə Ermənistan Respublikasının Kayan kəndi arasındakı yolun yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.