Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Avqust 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı müdafiə qərargah rəisinin maddi-texniki təchizat əməliyyatları üzrə müavini aviasiya vitse-marşalı Qraham Hovardı qəbul edib.
Nazir S.Əbiyev Cənubi Qafqazda hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfdən işğalı barədə qonağı məlumatlandıraraq qeyd edib ki, artıq 20 ildir bu təcavüz davam edir. Minsk Qrupu tərəfındən aparılan danışıqlar heç bir nəticə verməyib. BMT-nin 4 qətnaməsi də indiyədək icra olunmayıb. Müdafiə naziri belə bir xoşagəlməz vəziyyətin hökm sürməsini dünyada hələ də ikili standartların mövcud olması ilə əlaqələndirib.
Görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsinə də diqqət yetirilib. Qonaq hərbi sahədə inkişafa nail olmaq üçün Böyük Britaniyanın fəaliyyətini artıracağını bildirərək deyib ki, artıq ikitərəfli hərbi əməkdaşlıq barədə sazişin imzalanmasının vaxtı çatıb.
Nazir S.Əbiyev bu təklifə öz razılığını bildirib.