Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Milli Müdafiə Universitetində buraxılış mərasimi keçirilib 10 İyun 2023 12:32

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

Azad edilmiş ərazilərdə komanda-qərargah təlimi keçirilib - VİDEO 10 İyun 2023 10:30

Quru Qoşunlarının hazırlıq planına əsasən, azad edilmiş ərazilərdə komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyinin məlumatı 10 İyun 2023 09:49

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 9-u saat 23:20-dən iyunun 10-u saat 00:35-dək Basarkeçər rayonunun Qaraiman və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

"Anatolian Phoenix - 2023" beynəlxalq təlimi davam edir - VİDEO 9 İyun 2023 17:50

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian Phoenix - 2023” ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Azad edilmiş ərazilərdə yeni hərbi obyektlər istifadəyə verilib 9 İyun 2023 14:49

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, müasir standartlara cavab verən yeni inşa edilmiş hərbi obyektlər istifadəyə verilir.

Müdafiə Nazirliyinin məlumatı 8 İyun 2023 20:44

İyunun 8-i saat 11:25-dən 18:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Füzuli, Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə atəşə tutub.

Hərbi qulluqçuların psixoloji sahədə maarifləndirilməsi üzrə keçirilən tədbirlər davam edir 8 İyun 2023 18:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, hərbi qulluqçulara vətənpərvərlik hissinin aşılanması məqsədilə həyata keçirilən tədbirlər davam edir.

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO 8 İyun 2023 17:00

"N" hərbi hissəsində 2023-cü il üçün hazırlıq planına əsasən ehtiyatda olan hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı davam edir.

Müdafiə Nazirliyinin məlumatı 8 İyun 2023 09:40

İyunun 7-si saat 22:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə nazirinin müavini İtaliyanın müdafiə naziri ilə görüşüb 7 İyun 2023 21:53

İtaliya Respublikasında səfərdə olan müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov iyunun 7-də bu ölkənin müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.