Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Yanvar 2025 16:00

Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan hərbi hissələrdə vakant sürücü vəzifələrinə qəbul elan edilir

Əlahiddə Ümumqoșun Ordunun tabeliyində olan hərbi hissələrdə sürücü vəzifələrində xidmət etmək (işləmək) üçün C, D və E kateqoriyalı sürücülər tələb olunur.
50 yaşınadək olan mülki şəxslər, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (uyğunsuzluqla ehtiyata buraxılanlar istisna olmaqla), həmçinin ehtiyatda olan hərbi vəzifəlilər Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzinə müraciət edə bilərlər.
Tələb olunan sənədlər:
-C, D və ya E kateqoriyalı sürücülük vəsiqəsi;
- şəxsiyyət vəsiqəsinin surəti;
- hərbi biletin surəti;
- tərcümeyi-hal;
- rəngli fotoşəkil (2 ədəd 3x4 və 2 ədəd 4.5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklərin olmaması barədə) arayış.
Sənəd qəbulunun həyata keçiriləcəyi ünvan: Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri, 1 nömrəli hərbi şəhərcik (Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzi).
Müraciət etmə vaxtı: həftəiçi (bazar və bayram günlərindən başqa) saat 09:00-dan 17:00-dək, șənbə günləri saat 09:00-dan 13:00-dək.