Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

“SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 11 May 2012 09:00

CİSM-in 67-ci Baş Assambleyasının toplantısı 13-19.05.2012Kampala, UqandaNATO-nun Beynəlxalq Dil üzrə Koordinasiya Bürosunun (BİLC) "ömür boyu dilin öyrənilməsi:

“SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 1 May 2012 09:00

Raketdən müdafiə üzrə konfrans 02-04.05.2012 Moskva, RFAzərbaycan-Qazaxıstan ikitərəfli əməkdaşlıq planına əsasən 03-04.05.2012 Hərbi hüququn tənzimlənməsi sahəsində təcrübə mübadiləsiAstana, Qazaxıstan“KADEX-2012” beynəlxalq sərgidə iştriak 03-06.05.2012Astana, QazaxıstanAzərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən 07.05-29.06.2012 Antiterror təlim kursu Çerat, Pakistanİnformasiya toplantısı 07-09.05.2012Almaniya, LübtheenSOFEX sərgisində iştirak 07-10.05.2012Əmman, İordaniyaAzərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 07-11.05.2012 MTT üzrə planlaşdırma təlimində iştirak Qarlşted, AFRAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən 07-11.05.2012 Mühəndis-istehkam hərbi hissələrində təlimlərin keçirilməsi üzrə təcrübə mübadiləsi və sulardan keçiş üzrə təlim Ədirnə, Türkiyə“Kiber terrorizm sahəsində xəbərdar olma siyasəti və idarəçilik səviyyəsi” mövzusunda kurs 07-11.05.2012 Ankara, TürkiyəAzərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 08-10.05.2012 “Yaşayış məntəqələrində taqım səviyyəsində döyüşün aparılması” təlimi Lehnin, AFRAzərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 08-11.05.2012 “Dunay döyüşçüsü” komanda-qərargah təlimi Mülhaym, AFRQuru qoşunları komandanlarının konfransı 08-10.05.2012 Tirana, AlbaniyaFTƏP-dən əlavə 08-11.05.2012 “ETERNİTY 2012” kompüter dəstəkli komanda-qərargah təliminin əsas planlaşdırma konfransı Ankara, TürkiyəAzərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən 08-11.05.2012 Hospitallaşdırmadan əvvəl hərbi travmatologiya yardımı mövzusunda kurs Kaunas, Litva.

Müdafiə Nazirliyinin məlumatı 1 May 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 30-da saat 09.30-dan 09.40-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 16.20-dən 16.25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;saat 14.05-dən 14.20-dək və 18.05-dən 18.10-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar və Ağbulaq kəndlərində yerləşən mövqeləri, saat 18.15-dən 18.20-dək və 22.30-dan 22.35-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan və Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli və Qaymaqlı kəndlərində yerləşən mövqeləri, saat 19.30-dan 19.35-dək və mayın 1-də 04.35-dən 04.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Lənkəran Əliyev özünə «ədalət keşikçisi» imici qazandırmağa çalışır 30 Aprel 2012 09:00

General Lənkəran Əliyev, deyəsən, öz günahını anlamaq istəmir və məhkəmənin qanuni qərarını şəxsi maraqlarına uyğun olaraq şübhə altına alır.

Monitorinq baş tutdu 30 Aprel 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 30-da Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Təmas xəttində monitorinq keçiriləcək 28 Aprel 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 30-da Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Beynəlxalq Qırmızı Xaç komitəsinin Bakı ofisi tərəfindən təlim kursu keçirilib 27 Aprel 2012 09:00

Aprelin 23-27-də Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Beynəlxalq Qırmızı Xaç komitəsinin Bakı ofisi tərəfindən Silahlı Qüvvələrin hərbi qulluqçularına Beynəlxalq Humanitar hüquq mövzusunda təlim kursu keçirilib.

Cəbhədə vəziyyət gərgin olaraq qalır 27 Aprel 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 26-da saat 17.15-dən 17.19-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqeləri; - saat 10.30-dan 10.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 19.30-dan 19.35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- aprelin 27-də saat 01.00-dan 01.30-dək Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyində qəbul 25 Aprel 2012 09:00

Aprelin 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ukrayna Baş Prokurorluğu hərbi prokurorluq baş idarəsinin rəisi, baş prokurorun müavini Yuriy Viytevi qəbul edib.

«Müdafiə Nazirliyi ilə parlament arasında əlaqələr» mövzusunda seminar başlayıb 25 Aprel 2012 09:00

Aprelin 25-də Bakıda Azərbaycan-ABŞ iş planına əsasən «Müdafiə Nazirliyi ilə parlament arasında əlaqələr» mövzusunda seminar başlayıb.