AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 7-də Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Düşmənin cəbhə bölgəsində təxribatları davam edir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 7-də Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Fevralın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Akademiyasının rəisi briqada generalı Recep Sami Özatakı və "Roketsan" şirkətinin baş direktoru cənab Selçuk Yaşarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Fevralın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin sədri cənab Sergey Qurulyovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Fevralın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprçiki qəbul edib.
Orta məktəb şagirdləri arasında hərbi-vətənpərvərlik şüurunun formalaşması və gənclərin çağırışaqədərki hazırlığının təşkili məqsədilə Azərbaycan-Avropa Məktəbinin şagirdləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olublar.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq fevralın 3-dən 6-dək Varşava şəhərində (Polşa) NATO Təlimlərinin sinxronlaşdırılması konfransı, fevralın 3-dən 7-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) "Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi" kursu və Azərbaycan-ABŞ iş planına əsasən Sofiya şəhərində (Bolqarıstan Respublikası) "Saber Guardian-2014" təliminin yekun planlaşdırma konfransı keçiriləcək.
Yanvarın 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının və Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirləri cənab Campaolo Kutillonu və xanım Haydrun Tempeli qəbul edib.
Yanvarın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Zoran Vayoviçi qəbul edib.