Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Fevral 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Fevralın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin sədri cənab Sergey Qurulyovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə naziri qonaqları salamlayaraq, iki ölkə arasında hərbi sahədə mövcud olan əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edib, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulayıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri, Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu bildirib.
Qonaq səmimi qəbul üçün minnətdarlığını bildirib, Azərbaycanla Belarus arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarının geniş perspektivlərə malik olmasını diqqətə çatdırıb.
Sonra Azərbaycan-Belarus hərbi və hərbi-texniki təhsil sahəsində mövcud əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.