Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO tədbirində iştirak edəcək 20 May 2014 09:00

Bu gün Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov mayın 21-də Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində İSAF və post-2014 Qətiyyətli Dəstək üzrə formatlarında keçiriləcək növbəti iclaslarında iştirak etmək üçün Belçika Krallığına yola düşüb.

Azərbaycan Respublikasının Müdafiə naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib 19 May 2014 09:00

Mayın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), ATƏT-in Minsk Qrupunun Fransa tərəfindən yeni təyin edilmiş həmsədri Pyer Andryu, Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprçiki qəbul edib.

Azərbaycan və ABŞ ikitərəfli əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib 19 May 2014 09:00

Mayın 19-da Azərbaycan və ABŞ ikitərəfli əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasında dinləyicilərin iştirakı ilə hərbi oyunlar keçirilir 19 May 2014 09:00

Mayın 19-da Silahlı Qüvvələrin Hərbi Akademiyasında şərti «Tufan-2014» adlı hərbi oyunlar başlanıb.

İstilərlə əlaqədar hərbi hissə və birləşmələrdə xüsusi rejimə keçilib 19 May 2014 09:00

Havaların temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb.

Monitorinq baş tutdu 19 May 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 19-da Tərtər rayonu ərazisində, qoşunların Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək 19 May 2014 09:00

Azərbaycan-Almaniya əməkdaşlıq Proqramına əsasən mayın 20-dən 22-dək Koblents və Oyskirxen şəhərlərində (Almaniya) İnformasiya texnologiyaları mövzusunda ekspert görüşü keçiriləcək.

Bakıda NATO tədbirləri keçiriləcək 17 May 2014 09:00

Mayın 18-dən 21-dək Silahlı Qüvvələrin Hərbi Akademiyasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO/ABŞ Ekspert Qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında növbəti işçi görüşü və mayın 19-dan 23-dək isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "NATO-da Maddi-Texniki Təminat Dəstəyi" mövzusunda təlim kursu keçiriləcəkdir.

Təmas xəttində monitorinq keçiriləcək 17 May 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 19-da Tərtər rayonu ərazisində, qoşunların Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 16 May 2014 09:00

Mayın 18-dən 30-dək Turku şəhərində (Finlandiya) Hərbi Dəniz Qüvvələrinin baza mina-tral gəmisinin 1-ci səviyyəli özünü-qiymətləndirmə təlimi, Azərbaycan-ABŞ iş planına əsasən mayın 19-dan 23-dək Buxarest şəhərində (Rumıniya) Xəzər dənizi və Qara dənizin təhlükəsizlik məsələləri üzrə 9-cu simpozium, mayın 19-dan 23-dək Bakı şəhərində NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Böhranlara cavab vermə əməliyyatlarında MTT dəstəyi" mövzusunda təlim kursu, mayın 19-dan 23-dək Oberammerqau şəhərində (Almaniya) Kütləvi Qırğın Silahları barədə xəbərdarlıq, məlumatların ötürülməsi sistemi və prosedurları kursu keçiriləcək.