Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2014 09:00

Azərbaycan və ABŞ ikitərəfli əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib

Mayın 19-da Azərbaycan və ABŞ ikitərəfli əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyətinə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov və ABŞ nümayəndə heyətinə ABŞ-ın Avropa Komandanlığı Strateji Məsələlər üzrə idarə rəisinin müavini polkovnik Ted Donneli rəhbərlik ediblər.
Görüş zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və ABŞ-ın Avropa Komandanlığı arasında 2015-ci il üçün nəzərdə tutulmuş İş Planı müzakirə olunub.