AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri avqustun 13-dən 17-dək Moskva şəhərində (Rusiya) "Maşınqayırma texnologiyaları-2014" 3-cü beynəlxalq forumunda və "Oboronekspo-2014" sərgisində iştirak edəcəklər.
Azərbaycan Respublikasına ancaq düşmən münasibətdə olan qurumun başçısı serj sarqsyanın "armnews" informasiya agentliyinə verdiyi müsahibəsində Azərbaycan dövlətinin və xalqımızın ünvanına səsləndirdiyi hədə-qorxu dolu fikirlər heç bir təsir qüvvəsinə malik deyil və onun özünün də inanmadığı, erməni xalqının sevdiyi nağıldır, fərziyyədir.
Avqustun 11-də Serbiya Respublikasının Müdafiə naziri cənab Bratislav Qaşiç Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndəliyi əməkdaşlarının nəzarəti altında Ermənistan-Azərbaycan dövlət sərhəddi yaxınlığındakı erməni yaşayış məntəqələrində hümanitar tədbirlərin görülməsi zamanı atəşkəsin pozulmayacağı barədə zəmanət verilməsi ilə əlaqədar Azərbaycan tərəfinə xahişlə müraciət etmişdi.
Avqustun 9-da erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində saat 22.30 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu ərazisində, qoşunların təmas xəttində, Silahlı Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Ağsu rayonundan hərbi xidmətə çağırılmış əsgər Fətəlizadə Rüfət Nazim oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Avqustun 8-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə tədbir keçirilib.
Avqustun 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti ötən həftə düşmənin kəşfiyyat-təxribat qruplarının hücum cəhdinin qarşısının alınması zamanı yaralanmış hərbi qulluqçulara baş çəkmək üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
Xəbər verdiyimiz kimi, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Ermənistan Respublikasının Müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədilməsi barədə səsləndirdiyi fikrə cavab olaraq bildiririk ki, əgər belə bir hadisə baş verərsə Silahlı Qüvvələrimizin cavabı dərhal və layiqli olacaqdır.