Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Avqust 2014 09:00

Düşmən tərəfindən açılan atəşdən bir əsgərimiz şəhid olub, biri isə yaralanıb

Avqustun 9-da erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində saat 22.30 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu ərazisində, qoşunların təmas xəttində, Silahlı Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Ağsu rayonundan hərbi xidmətə çağırılmış əsgər Fətəlizadə Rüfət Nazim oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir!