AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 1-də şəxsi heyətlə iş üzrə zabitlərin təkmilləşdirmə kursunun ilk buraxılışına həsr olunmuş mərasim keçirilib.
Avqustun 26-da Ermənistan Respublikasının vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq ölkəmizin ərazisinə keçib.
Sentyabrın 1-dən 5-dək Oberammerqau şəhərində (Almaniya) Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu, Ştutqart şəhərində (Almaniya) Hüquq üzrə 7-ci beynəlqalx konfrans, sentyabrın 12-dək isə Ankara şəhərində (Türkiyə) Kiber müdafiə üzrə təlim kursu keçiriləcək.
Avqustun 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində şəxsi heyətlə iş üzrə bölük komandiri müavinlərinin təkmilləşdirmə kursunun ilk məzunları ilə görüşüb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 29-da Tovuz rayonu Ağdam kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Avqustun 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyanın iqtisadiyyat naziri Konstantin Nitsa ilə görüşüb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 29-da Tovuz rayonu Ağdam kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Avqustun 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniya Milli Müdafiə naziri cənab Mirça Duşanın dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rumıniya Milli Müdafiə naziri cənab Mirça Duşanın dəvətilə avqustun 27-də bu ölkəyə rəsmi səfər gedəcək.
Azərbaycan Respublikasının Əməkdar Artisti Azərin Silahlı Qüvvələrin hərbi hissələrində keçirilən andiçmə mərasimi ərəfəsində Gəncə şəhərində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçular qarşısında konsert proqramı ilə çıxış edib.