AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Əməkdar Artisti Azərin Silahlı Qüvvələrin hərbi hissələrində keçirilən andiçmə mərasimi ərəfəsində Gəncə şəhərində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçular qarşısında konsert proqramı ilə çıxış edib. Konsertdə hərbi-vətənpərliyi tərənnüm edən mahnılar səsləndirilib.
Konsertin sonunda maraqlı proqrama görə hərbiçilər adından Azərin xanıma təşəkkür bildirilib.