AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir Bakı, 30 sentyabr (AZƏRTAC).
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin növbəti mərhələsində hərbi helikopterlər döyüş uçuşları keçiriblər.
Silahlı Qüvvələrin döyüş hazırlığı planına və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən cəbhə bölgəsində yerləşən N saylı hərbi hissədə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən təşkil olunan "Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji təminatının aktual məsələləri" mövzusunda elmi-praktik konfrans keçirilib.
Sentyabrın 29-dan oktyabrın 3-dək Bakı şəhərində "Hərbi xidmətkeçmənin idarəolunması və peşəkar hazırlıq" mövzusunda seminar, oktyabrın 10-dək Budapeşt şəhərində (Macarıstan) "NATO-nun hərbi-mülki əməkdaşlıq üzrə səhra mütəxəssisi" kursu və Buxarest şəhərində (Rumıniya) Sülhü dəstəkləmə əməliyyatları kursu keçiriləcək.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 30-da Ağdam rayonunun Sarıcalı kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq mövqelərimizi atəşə tutması nəticəsində döyüş postunda şəhid olmuş leytenant Allahverdi Baxışlı bu gün Hacıqabul rayonunda dəfn edilib.
Sentyabrın 27-də saat 10.25 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.
Bərdə şəhərinin mərkəzi meydanında Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Hər şey ordu üçün, hər şey qələbə üçün" adlı hərbi vətənpərvərlik tədbiri keçirilib.