AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 19-dan başlayan Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri oktyabrın 3-də başa çatıb.
Ermənistan kütləvi informasiya vasitələri 2013-cü ilin avqust ayında qoşunların təmas xəttində hərbiçilərimiz tərəfindən saxlanılan və cari ilin avqust ayında Azərbaycan tərəfindən üçüncü ölkəyə təhvil verilən hərbi əsir Akop İnciqulyanın Yerevana geri qayıtması barədə birtərəfli qaydada, faktları təhrif etməklə və erməni ictimaiyyətini çaşdıran, təəccüb və təəssüf doğuracaq məlumatlar yayıblar.
Oktyabrın 1-də Beyləqan şəhərindəki Heydər Əliyev meydanında Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının yola salınması mərasimi keçirilib.
Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi müqəddəs Qurban bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.
Oktyabrın 1-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərinə nəzarət məqsədilə aviasiya vasitələrinin uçuşlarının keçirildiyi poliqonda olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 10 sentyabr 2014-cü il tarixli sərəncamına uyğun olaraq "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların yola salma mərasimi keçirilib.
Sentyabrın 29-da N saylı hərbi hissədə Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Hərbi Hava Qüvvələrinin Şəxsi Heyətlə İş İdarəsinin rəisi briqada generalı Emin Ayık Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin təlimlərində iştirak edən şəxsi heyətlə görüşüblər.
Yoldaş hərbi qulluqçular!Bu gün Siz həyatınızın ən şərəfli günlərindən birini yaşayırsınız.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 30-da Ağdam rayonunun Sarıcalı kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Oktyabrın 1-dən 2-dək Belqrad şəhərində (Serbiya) Əməliyyat İmkanları Konsepsiyası, qiymətləndirmə və rəy proqramı üzrə illik konfrans keçiriləcək.