Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Oktyabr 2014 09:00

Qurban bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətinə Azərbaycan Respublikası Müdafiə nazirinin təbriki

Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi müqəddəs Qurban bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub saxlanılması, sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Əsas amalı həmrəylik, dostluq, halallıq, bərabərlik və mərhəmət olan Qurban bayramı respublikamızda bütün sahələrdə əldə olunmuş yüksək nailiyyətlərlə qeyd olunur.
Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi daha da yaxşılaşdırılmış, respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş, müstəqilliyimiz daha da möhkəmlənmişdir.
Torpaqlarımızın işğaldan azad olunması üçün siz silah və texnikanın sirlərini dərindən mənimsəyərək bilik və bacarığınızı artırmalı, ata və babalarımızın qəhrəmanlıq nümunələrindən bəhrələnərək döyüş qabiliyyətinizi daha da gücləndirməlisiniz.
Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan Respublikasının Müdafiə naziri
general-polkovnik Zakir Həsənov