AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Latviya Respublikasına rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin "Adaji" hərbi bazası, Birgə Hücumun idarə edilməsi terminalı, Partlayıcı Maddələrin zərəsizləşdirilməsi Məktəbi, Tibb Mərkəzi və "SWATH" patrul gəmisini ziyarət edib.
İyulun 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Latviya Respublikasına rəsmi səfəri başlayıb.
İyulun 3-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Latviya Respublikası Xarici İşlər Nazirliyinin dövlət katibi cənab Andreys Pildeqoviçs arasında görüş olub.
Litva Respublikasına rəsmi səfəri başa çatdıqdan sonra Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasına yola düşüb.
İyulun 2-də Litva Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov 1991-ci ildə keçmiş sovetlər birliyindən ayrılaraq Litvanın müstəqillik qazanması uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış Müstəqillik abidəsini ziyarət edərək önünə əklil qoyub.
Litvada rəsmi səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 2-də bir sıra görüşlər keçirib.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi şəhərciklərin kompleks şəkildə tikilərək istifadəyə verilməsi istiqamətində hərbi hissələrdə işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olublar.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən yeni tikilərək müasir avadanlıqlarla tam təchiz edilən növbəti hərbi hissə istifadəyə verilib.
İyulun 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Litva Respublikasına rəsmi səfəri başlayıb.